Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.05.2024 14:32
  • A-
  • A
  • A+

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində coğrafiyaçıların görüşü təşkil edilib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində coğrafiyaçıların görüşü təşkil edilib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani, Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Samirə Abuşova və Turizm və rekreasiya coğrafiyası şöbəsinin laborantı Şəms İmraninin iştirak etdiyi tədbir Karabakh Eco Research Comittee (Qarabağ Ekoloji Tədqiqat Komitəsi) komandasının fəaliyyət istiqamətlərindən biri kimi, öndə duran məsələlərin həllində mənbə əldə etmək məqsədilə təşkil olunub.

Görüşdə, həmçinin Müasir Təhsil Kompleksinin koordinatorları, müəllim və şagirdləri iştirak ediblər. Müzakirə edilən layihə işğal altında olmuş torpaqlarda törədilən ekoloji terror və onun qarşısının alınması istiqamətində görülən işlərlə bağlı olub.

Tədbirdə torpaq və su nümunələrinin götürülməsi və onların analizinin aparılması, atmosfer havasını çirkləndirən maddələr, torpaqların rekultivasiyası və s. istiqamətlərdə müəllim-şagird kollektivinə məlumatlar verilib, onların layihə ilə bağlı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: