Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.05.2024 13:50
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri Fizika İnstitutunda qonaq olublar

ADNSU-nun tələbələri Fizika İnstitutunda qonaq olublar

Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs tələbələri Fizika İnstitutunda qonaq olublar.

Görüşün məqsədi tələbələrin fizika fənnini daha dərindən mənimsəməsi, burada quraşdırılan müasir avadanlıqlarla tanış olmaq olub.

Fizika İnstitutunun alimləri qonaqlara elmi müəssisədə aparılan tədqiqatlar, laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların istiqamətləri və elmi nəticələr haqqında ətraflı məlumat veriblər.

Tələbələrə ADNSU-nun Fizika kafedrasının müəlliməsi, Fizika İnstitutunun əməkdaşı fizika üzrə fəlsəfə doktoru, dosent Xuraman Əhmədova rəhbərlik edib.

Qeyd edək ki,  tələbələr ADNSU-nun “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan ilk ingilis dilli qrupudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: