Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.09.2019 11:01
  • A-
  • A
  • A+

Milli Məlumatlar Mərkəzinin sistemi yenilənəcək

Milli Məlumatlar Mərkəzinin sistemi yenilənəcək

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının (CTBTO) ekspertləri Aleksandr Poplavski və Abdelouaheb Aqrebi AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi ezamiyyətdədirlər.

Səfərin məqsədi institutun nəzdində fəaliyyət göstərən Milli Məlumatlar Mərkəzinin sisteminin yenilənməsi və onlayn rejimdə CTBTO ilə birbaşa əlaqənin qurulması, birlikdə alınmış məlumatların təhlilinin aparılması, həmçinin seysmik qeydlərin anatomiyasının öyrənilməsi ilə bağlı bacarıqların artırılması və təkmilləşdirilməsi mövzusunda təlimlər keçirməkdir.

Bu məqsədlə qonaqlar Milli Məlumatlar Mərkəzinin elmi direktoru, akademik Fəxrəddin Qədirov, yer elmləri üzrə elmlər doktorları, dosentlər - Rafiq SəfərovQulam Babayevlə müzakirələr aparıblar. Görüş zamanı CTBTO-nun məlumat bazasına girişin əldə olunması, informasiyaların xüsusi proqram vasitəsilə təhlili qərarlaşdırılıb.

Qeyd edək ki, CTBTO nüvə sınaqlarının bütün formalarını qadağan etmək və nüvə silahlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi imkanlarını azaltmaqla, yeni və dağıdıcı gücə malik silahların istehsalının qarşısını almağa xidmət edir. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi 184 dövlət tərəfindən imzalanıb və 167 ölkə tərəfindən ratifikasiya olunub.

Azərbaycan sözügedən müqaviləni 1997-ci il iyulun 28-də imzalayıb, 1998-ci il dekabrın 1-də isə ratifikasiya edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: