AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çinin Anxoy vilayətinin Dövlət Opera Teatrının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki ölkənin elmi və ədəbi əlaqələrinin inkişafından, rəhbərlik etdiyi müəssisənin Çinlə əməkdaşlığından danışıb. İnstitutda Çin Tədqiqat Mərkəzinin fəalliyyət göstərdiyini deyən alim burada Çinin tarixinə dair tədqiqatların aparıldığını, həmçinin Çin dilinin tədris olunduğunu söyləyib. Bildirib ki, indiyə qədər mərkəzin on nəfər tələbəsi bu dili öyrənib.
Akademik İ.Həbibbəyli Çin Sosial Elmlər Akademiyası ilə mövcud əlaqələrdən də danışaraq, bu qurumla birgə konfrans və layihələrin təşkil edildiyini, yeni kitabların ərsəyə gəldiyini söyləyib. O, həmçinin Pekində Azərbaycan Mərkəzinin açıldığını, bu mərkəzlə qarşılıqlı təcrübə və kadr mübadiləsinin həyata keçirildiyini bildirib.
Daha sonra Anhui-Beijing Operasının rəhbəri Zhao Chungung və Konfutsi İnstitutunun direktoru Luo Xiaozhi çıxış edərək son zamanlar Azərbaycan-Çin elmi və ədəbi əlaqələrinin intensiv sürətdə inkişaf etdiyini bildiriblər.
Sonda çinli qonaqlar tərəfindən çin rəqsinin, operasının, qılıncoynatma sənətinin qısaca nümayişi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.