Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2019 09:33
  • A-
  • A
  • A+

NKPİ, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "İNKOR" MMC arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

NKPİ, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "İNKOR" MMC arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Kənd Təssərüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan "İNKOR" MMC arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, NKPİ-də yaradılmış gübrələr, pestisidlər və boy maddələrinin sınaq nümunələri hazırlanacaq, üzüm tinglərinin yetişdirilməsində, üzümlüklərin becərilməsində təcrübədən keçiriləcək. Həmçinin NKPİ-nin analitik cihazlarında kimyəvi reagentlərin, üzüm şirələrinin, şərabların analizi təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: