Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Maqsud Əlixanov-Avarskinin “Şahın qonağı. İran oçerkləri” kitabı çapdan çıxıb
03.09.2026 22:10
  • A-
  • A
  • A+

Maqsud Əlixanov-Avarskinin “Şahın qonağı. İran oçerkləri” kitabı çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Xatirə Kərimova-Salahzadənin və elmi işçisi Nigar Məmmədovanın klassik rus dilindən tərcümə edərək nəşrə hazırladıqları “Şahın qonağı. İran oçerkləri” kitabı işıq üzü görüb.

Kitabda yer alan geniş ön sözün müəllifi X.Kərimova-Salahzadədir.

Rusiya İmperatoru Ordusunun general-leytenantı, Mərv qəzasının rəisi, Tiflis quberniyasının qubernatoru, II Qafqaz kazak diviziyasının komandanı olmuş Maqsud Əlixanov-Avarskinin İran oçerkləri silsiləsindən olan “Şahın qonağı” əsəri müəllifin 1883-cü ildə baş tutmuş İran səfərinə həsr edilmişdir. Əsli klassik rus dilində və rus orfoqrafiyasında yazılmış bu əsər Qacarlar dövrünün ictimai-siyasi və ədəbi-mədəni həyatını, bu torpaqların tarixini, coğrafiyasını, orada məskən salmış xalqların milli tərkibini, sosial vəziyyətini və bir çox məsələləri dolğun şəkildə əks etdirir. Əsər tarixçi alimlərlə yanaşı geniş oxucu kütləsi üçün də nəzərdə tutulmuşdur.

Qeyd edək ki, tərcümənin redaktoru fil.ü.f.d., dosent Əkrəm Bağırov, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova, fəl.ü.f.d., dosent Rübabə Şirinova, korrektoru Aydan Məmmədsalahovadır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: