Çinin riyaziyyatçı alimləri ucuz lazer teleskoplarından istifadə edərək Yer səthindən 1500 kilometr məsafədə kosmik tullantıların kiçik hissəciklərini müəyyən edə bilən neyroşəbəkə yaradıblar.
nauka.tass.ru saytı xəbər verir ki, sözügedən neyroşəbəkə Beynəlxalq Kosmik Stansiya və peykləri bu obyektlərlə toqquşmadan qoruya biləcək.
Çinin Lyaonin Texnologiya Universitetinin alimi Tyanmin Manın sözlərinə görə, kosmik tullantı hissəciklərinin dəqiq koordinatlarının hesablanması orbitdə fəaliyyət göstərən kosmik gəmi və zondların təhlükəsizliyini təmin edəcək.
Alimlərin fikrincə, NASA, ESA və dünyanın digər aparıcı kosmik agentliklərinə məlum olan təxminən 18 min kosmik tullantı Yer ətrafında fırlanır. Mütəxəssislər kosmik tullantı hissəciklərinin sayının çoxluq təşkil etdiyini və bir neçə yüz milyona bərabər olduğunu düşünürlər.