Yanvarın 17-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə çıxarılan ilk məsələ mərkəzin şöbələrinin və elmi işçilərinin iş planlarının təsdiqi olub. Tədbirdə qurumun şöbə rəhbərləri 2020-2024-cü illəri əhatə edən iş planlarını şura üzvlərinin diqqətinə çatdırıblar.
Daha sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü mərkəzin AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq 2019-cu ilə dair hesabatının ilkin variantını təqdim edib.
Sonda hər iki məsələyə dair geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.