Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.01.2020 10:02
  • A-
  • A
  • A+

AMEA-nın magistrantları növbəti imtahanlarını veriblər

AMEA-nın magistrantları növbəti imtahanlarını veriblər

AMEA-nın elmi müəssisə və təşkilatlarında təhsil alan magistrantların qış imtahan sessiyası davam edir.

Belə ki, akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun I kurs magistrantları “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisası üzrə “Kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması” fənnindən, “Yüksəkmolekullu birləşmələr kimyası” və “Kompozisiya materialları kimyası” ixtisasları üzrə isə “Polimer nanogellər” fənnindən imtahan veriblər. Bundan əlavə, müəssisənin II kurs magistrantları “Fiziki-kimya” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə “Elektrokimyəvi proseslərin kinetikası və elektrokataliz” fənnindən imtahan veriblər.

İdarəetmə Sistemləri İnstitutunda “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant, həmçinin “Kompüter elmləri” ixtisası üzrə II kursda təhsil alan 2 magistrant sessiya imtahanlarında iştirak edib.

İmtahan prosesi Genetik Ehtiyatlar İnstitutunda da davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: