Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.01.2020 15:43
  • A-
  • A
  • A+

Muzeydə “Könüllülük - Vətənə xidmətdir” adlı tədbir keçirilib

Muzeydə “Könüllülük  - Vətənə xidmətdir” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllülük – Vətənə xidmətdir” adlı tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edildiyini diqqətə çatdırıb. O, son illərdə respublikamızda qazanılan nailiyyətlər, gənclərin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib.

Tədbirdə muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “2020-ci il – Könüllülər ilidir”, Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Azərbaycanda gənclər siyasətinə tarixi baxış”, Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Vətən tariximizin təbliğində numizmatik materialların əhəmiyyəti”, həmin şöbənin elmi işçisi Şəfa Mövsümov “Hərbi vətənpərvərliyin təbliğində könüllülüyün əhəmiyyəti”, Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “Azərbaycan gəncliyi, bu günümüz, sabahımız” mövzularında çıxış ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: