Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda məruzələrlə çıxış ediblər

AMEA Tarix İnstitutunun bir qrup əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda məruzələrlə çıxış ediblər

Bu il sentyabrın 25-dən 27-dək Türkiyənin Ərzurum şəhərində Birinci Dünya müharibəsinə həsr edilmiş Beynəlxalq simpozium keçirilib.

Simpoziumda AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və bir qrup əməkdaşı iştirak ediblər.

Simpoziumun fəxri heyətinə seçilən Y.Mahmudov çıxış edərək Birinci Dünya müharibəsi ilə bağlı beynəlxalq tədbirin Şərqi Anadoluda – Ərzurumda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Alim Birinci Dünya müharibəsinin ən acı zərbəsinin məhz Azərbaycan və Şərqi Anadoluya vurulduğunu, ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinin məhz Azərbaycanda cərəyan etdiyini xüsusi vurğulayaraq İrəvanın güzəştə gedilməsi ilə torpaqlarımızda Ermənistana dövlət yaradıldığını bildirib.

Y.Mahmudov həmin dövrün tarixinin birgə araşdırılmasının vacibliyini də diqqətə çatdırıb.

Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Birinci Dünya müharibəsində Böyük Güc dövlətlərinin hərbi və siyasi planlarında neftin rolu”, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Erməni dövləti qurmaq siyasətinin acı nəticələri: Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları” mövzusunda məruzələrlə çıxış ediblər.

Simpoziumda institutun digər alimlərinin də məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: