Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2020 14:06
  • A-
  • A
  • A+

"Web of Science" platformasından istifadə qaydalarına dair seminar keçirilib

"Web of Science" platformasından istifadə qaydalarına dair seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Clarivate Analytics" şirkətinin "Web of Science" məlumat platformasından səmərəli istifadə yolları və beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərc olunma qaydalarına dair maarifləndirici seminar keçirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin, həmçinin muzeyin doktorant və dissertantlarının iştirak etdiyi tədbirdə şirkətin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva təqdimatla çıxış edib. O, "Web of Science" bazasında humanitar elmlər üzrə mövcud olan jurnallarla işləmək, onların seçim meyarları, məqalələrin dərci üçün qoyulmuş şərtlər (akademik yazı) və s. haqqında məlumat verib. Qeyd edib ki, məlumat platformasında tematik axtarış zamanı üzə çıxan jurnalların hiper istinadlarına daxil olmaqla nəşrlərin kvartil və kateqoriyaları barədə lazımi məlumatları əldə etmək mümkündür. V.Kurmakayeva, həmçinin platformanın əsas mərkəzi kolleksiyası (Core collection) barədə də danışıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, gənc alimlərin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: