Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.02.2020 16:44
  • A-
  • A
  • A+

"Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti” mövzusunda tədbir keçirilib

"Milli Rəqəmsal Yaddaş bazasında muğam, xalçaçılıq, keçə sənəti” mövzusunda tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Milli Rəqəmsal Yaddaş (MRY) bazasında muğam, xalçaçılıq, keçə sənəti” mövzusunda tədbir keçirilib.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq Azərbaycanın qədim mədəniyyəti, tarixi, etnoqrafiyası, arxeologiyası, dövlətçiliyi, qanunvericiliyi və statistik durumunu əks etdirən sənədlərin kitabxananın MRY bazasında yerləşdirildiyini bildirib.

Sonra qurumun İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova çıxış edərək MRY bazasına yerləşdirilən bütün sənədlərin korrektə edildiyini, biblioqrafik qeydlərin aparıldığını, annotasiya və açar sözlərin düzgün seçilməsinə xüsusi diqqət yetirildiyini söyləyib.

Daha sonra şöbənin əməkdaşları Dürdanə Ağayeva və Alidə Həsənli “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” mövzusunda təqdimatla çıxış ediblər. Qeyd olunub ki, MRY bazasında “Keçə”, “Keçədən hazırlanmış oyuncaqlar”, “Azərbaycan xalçaları”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Naxçıvan xalçaları”, “Azərbaycan xalçaları - Təbriz qrupu”, “Azərbaycan xalçaları - İrəvan qrupu”, “Azərbaycan muğamşünaslığı”, “Muğam ensiklopediyası”, “Azərbaycan muğamı miniatürlərdə”, "Şərq muğamları" və digər adda sənəd və kitablar mövcuddur.

Sonda təqdimat ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: