AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının elmi müəssisələrdə yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə AMEA-da sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Martın 14-də AMEA-nın Əsas binası dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən virus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.