Niderlandda koronavirusu (COVID-19) bloklayan insan anticismi kəşf olunub. İstehsalçılar Utrext Universiteti və Erasmus Tibb Mərkəzinin əməkdaşlarıdır.
“Bu kəşf koronovirusla mübarizə üçün yeni imkanlar açır”, – deyə elmi qrupun rəhbəri Berend-Yan Boş bildirib.
poisknews.ru saytı xəbər verir ki, mütəxəssislər dərmanın istehsalının kifayət qədər yüksək vəsait tələb etdiyini, lakin yaxın zamanda əlçatan olacağını qeyd edirlər. Onların sözlərinə görə, koronovirusa qarşı vaksinin hazırlanmasına isə iki il vaxt tələb olunur.
Tədqiqatçılar hazırda dərmana verilən rəylərin nəticələrini gözləyir və dərman şirkətləri ilə danışıqlar aparırlar.