AMEA-nın Fiziologiya İnstitutu distant təhsil sistemi ilə tədrisi davam etdirir.
İnstitutda magistratura səviyyəsi üzrə təhsil alan magistrlara online formada, "Skype" vasitəsilə dərslər keçirilir. Əlavə olaraq institut saytında mütəmadi olaraq müvafiq fənlər üzrə mövzular yerləsdirilib, lazım olan materiallar tələbələrin ixtiyarına verilib.
Dərslər, "İnsan və heyvan fiziologiyası" ixtisaslaşması üzrə magistrların I kurs II semestr üçün tərtib olunan dərs cədvəlinə uyğun distant formada keçirilir.
Qeyd edək ki, distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.
Dərslərə davamiyyət və qiymətləndirmə isə həm onlayn, həm də mühazirələr üzrə aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.