AMEA və Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən noyabrın 2-nə qədər Berlində Azərbaycan elmi diasporunun nümayəndələri ilə görüşəcək.
Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan - Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda dəyirmi masa, həmçinin Berlin Elmlər Akademiyası və Humbolt Universitetinin “Azərbaycan tarixi” fakültəsində bir sıra görüşlər keçiriləcək.
Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.