Ramazan ayı və koronavirus pandemiyası ilə əlaqədar AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar Komitəsi tərəfindən ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.
Mərasimdə çıxış edən institutun direktoru, akademik Nazim Məmmədov Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə əməkdaşları təbrik edib. O, ərzaq yardımının əsasən gözətçi, xadiməçi, texniki işçi, şəhid ailələri və məcburi köçkünlər üçün nəzərdə tutulduğunu bildirib.
Daha sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov çıxış edərək vurğulayıb ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.
İnstitutun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova isə çıxışında müəssisə əməkdaşlarını xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.