AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifəsinə (ictimai əsaslarla) fizika üzrə fəlsəfə doktoru Elçin Babayev təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qəbul olunub.
Digər bir qərarla fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov ŞAR-ın elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
İclasda, həmçinin Vaqif Xəlilov qurumun elmi katibi vəzifəsinə təyin olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.