Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada tibb üzrə iki yeni mükafat təsis edilib
16.07.2020 11:36
  • A-
  • A
  • A+

Rusiyada tibb üzrə iki yeni mükafat təsis edilib

Rusiyada tibb üzrə iki yeni mükafat - Piroqov ordeni və Luka Krımskı medalı təsis edilib.

Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

www.1tv.ru saytı xəbər verir ki, Nikolay Piroqov cərrah, rus hərbi əməliyyatçısı və anesteziya qurucusu olub. O, yeni cərrahiyyə əməliyyat metodlarının inkişafına böyük töhfələr verib.

Luka Krımskı medalı isə Voyno-Yasenetskinin şərəfinə yaradılıb. Voyno-Yasenetski tibbdəki xidmətlərinə və sürgündə yazdığı əsərlərinə görə 1-ci dərəcəli Stalin mükafatına layiq görülüb. O, həm keşiş olub, həm də həkimlik edib. Təqiblərə və repressiyalara məruz qalmasına baxmayaraq V.Yasenetski hər iki missiyanı uğurla davam etdirib.

  • Paylaş: