Rusiyada koronavirusa qarşı vaksinin sınaqlarında iştirak edən könüllülərin ikinci qrupunda anticismlər aşkar edilib.
Bu barədə tass.ru resursu xəbər verir.
Bildirilir ki, analizlərin nəticələrinə əsasən, könüllülərdə vaksinləmə nəticəsində koronavirusa qarşı lazımi anticismlər yaranıb. Bu, vaksinin komponentlərinin təhlükəsiz olduğunu və insan tərəfindən yaxşı qəbul edildiyini təsdiq edir.
Qeyd edək ki, vaksin Rusiya Müdafiə Nazirliyi və N.F.Hamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin birgə layihəsi əsasında hazırlanıb.