Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qan təzyiqi dərmanları COVID-19-a yoluxmanın qarşısını alır?
31.08.2020 11:36
  • A-
  • A
  • A+

Qan təzyiqi dərmanları COVID-19-a yoluxmanın qarşısını alır?

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yüksək qan təzyiqi üçün müəyyən dərman qəbul edən xəstələrdə bu preparatları qəbul etməyən xəstələrə nisbətən COVID-19 virusuna yoluxma və ölüm riski daha azdır.

Pandemiyanın başlanğıcında, əsasən hipertansiyonun (yüksək qan təzyiqi) müalicəsi üçün istifadə edilən bir neçə növ dərmanın infeksiyanı pisləşdirə biləcəyinə dair narahatlıqlar müşahidə olunurdu. Sözügedən dərmanlar angiotensin çevirici enzim inhibitorları (ACE inhibitorları) və angiotensin reseptorlarının blokatorlarıdır (ARB). Hər iki dərman qan təzyiqini tənzimləyən hüceyrələrin səthində olan ACE2 reseptoru ilə qarşılıqlı əlaqə quraraq orqanizmə təsir edir.

Belə ki, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu insan orqanizmindəki hüceyrələrə daxil olmaq üçün ACE2 istifadə edir. Bəzi elm adamları ACE inhibitorları və ya ARB-lərin qəbul edilməsinin bu reseptorların sayını artıra biləcəyini və bu səbəblə infeksiyanı daha da şiddətləndirə biləcəyini düşünürdülər.

Sözügedən tədqiqat nəinki yüksək qan təzyiqi dərmanları, hətta digər ürək-damar xəstəlikləri üçün qəbul edilən dərmanların da uzunmüddətli istifadəsinin infeksiyanın şiddətini azalda biləcəyini və COVID-19 virusuna qarşı mübarizədə effektiv olduğunu təsdiqləyib.

medicalnewstoday.com

  • Paylaş: