Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiya kütləvi peyvədlənmənin tarixini açıqlayıb
01.09.2020 10:04
  • A-
  • A
  • A+

Rusiya kütləvi peyvədlənmənin tarixini açıqlayıb

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko yüksək risk qruplarının kütləvi peyvəndləmə prosesinin vaxtının dəqiqləşdiyini söyləyib. Peyvəndin istifadəsi noyabr və ya dekabr aylarında başlayır. 

Bu barədə www.gazeta.ru saytı xəbər verir.

Bildirilir ki, dünyada COVID-19-a qarşı ilk peyvəndi hazırlayan və bununla bağlı rəsmi müraciət edən Rusiya bu ildən vaksinin istifadəsinə başlayır.

Rusiya alimləri tərəfindən hazırlanan "Sputnik V" peyvəndi insan adenovirusunun iki serotipindən ibarətdir. Onların hər birində serotipdə yeni koronavirusun S-antigenləri var. Peyvənd iki dozada tətbiq olunur.

Peyvəndin 2 ilə qədər COVID-19-dan qorunmanı təmin edəcəyi iddia olunur. 

  • Paylaş: