Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirus hissəciklərinin müxtəlif səthlərdə fəsillər üzrə qalma müddəti araşdırılıb
02.09.2020 11:45
  • A-
  • A
  • A+

Koronavirus hissəciklərinin müxtəlif səthlərdə fəsillər üzrə qalma müddəti araşdırılıb

Yeni növ koronavirusa (COVID-19) dair aparılan eksperimentlər nəticəsində məlum olub ki, bu virusun hissəcikləri müxtəlif səthlərdə yaz və payız aylarında orta hesabla 17-30 saat, yayda 2-5 saat arasında qala bilir.

Tass.ru saytı xəbər verir ki, tədqiqatçılar yeni yoluxma hallarına yol verilməməsi üçün şəxsi gigiyenaya yüksək səviyyədə riayət olunmasını və potensial yoluxma səthlərində müntəzəm dezinfeksiya işləri aparılmasını tövsiyə edirlər.

ABŞ-ın epidemioloqları və bioloqları Kanzas Universitetinin professoru Yurgen Rixtin rəhbərliyi ilə SARS-CoV-2 virusu hissəciklərinin müxtəlif iqlim şəraitində və temperaturda qala bilmə müddətini izləyiblər. Tədqiqatçılar koronavirus hissəciklərini müxtəlif səthlərə, o cümlədən tibbi əlcək və maskalar, beton, karton, plastik və poladın üstünə qoyublar. Bundan sonra alimlər onları hermetik kameralarda yerləşdiriblər. Həmin kameralarda yaz, yay, payız, habelə qızdırılmış otaq üçün səciyyəvi olan temperatur və rütubət olub.

Alimlər viruslardan vaxtaşırı nümunələr götürərək onların yaşama qabiliyyətini öyrəniblər. Məlum olub ki, yay vaxtı virus, kifayət qədər tez yoxa çıxıb. Belə ki, onu bütün növ materialların səthinə qoyduqdan sonra 2-5 saat ərzində yaşama qabiliyyətini itirib.

Lakin payız və ya yaz üçün tipik şəraitdə viruslar yay ilə müqayisədə 5-6 dəfə çox müddət ərzində mövcud olublar. Maraqlı odur ki, parça və beton səthdə qalmaq virus hissəcikləri üçün çox çətin olub, plastik və karton üstündə isə istənilən iqlim şəraitində daha çox qalıblar. Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətləri səthlərin dezinfeksiyası, maskaların utilizasiyası və xəstələrin geyimlərinin təmizlənməzi zamanı nəzərə almaq lazımdır.

  • Paylaş: