Rusiyada hazırlanmış və ağır ağciyər zədələrini müalicə etmək üçün nəzərdə tutulmuş dərman koronavirusdan ölüm hallarını 5 dəfə azaltmağa imkan verir.
Bu barədə www.koronavirustoday.ru saytı məlumat yayıb.
Bildirilir ki, “surfaktant-BL” adlanan dərman öküzün ağciyərindən hazırlanıb. Pasiyentlər preparatla inqalyasiya etdikdən dərhal sonra özlərini yaxşı hiss etməyə başlayıblar.
“Surfaktant-BL” koronavirusu ağır keçirən xəstələr arasında ölüm nisbətini 80 faizdən (dünyada orta göstərici) 14,3-ə endirib, belə xəstələrin 28-dən 24-ü sağalıb.