AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiətşünaslıq Akademiyasının xüsusi mükafatına layiq görülüb. Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının “Elmin Qızıl Fondu” milli proqramı çərçivəsində və Avropa Elmi-Sənaye Konsorsiumu mükafatı üzrə komissiyanın qərarına uyğun olaraq, eyni zamanda Rusiya Təbiətşünaslıq Akademiyasının 20 illik yubileyi münasibəti ilə təsis edilmiş “Primus inter pares” (Bərabərlər arasında birinci) adlı ordenlə və diplomla təltif olunub.
Alim bu mükafatı elm və təhsilin inkişafına verdiyi töhfələrə, xüsusən də son 5 ildə çap olunmuş elmi əsərlərinin, kitablarının Rusiyada keçirilən beynəlxalq sərgilərdəki yüksək qiymətləndirmələrinin nəticələrinə əsasən alıb.
Bununla yanaşı, professor T.Əliyev Rusiya Təbiətşünaslıq Akademiyasının beynəlxalq elmi-metodiki nəşrlərin sərgilərinin təşkili üzrə təşkilat komitəsi tərəfindən rus dilində çap olunmuş “Azərbaycan sənayesinin innovasiyalı inkişafı” kitabına görə də xüsusi diploma layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.