Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2014 00:00
  • A-
  • A
  • A+

Ulu öndərin həyat və fəaliyyətinin hər məqamı örnəkdir

Ulu öndərin həyat və fəaliyyətinin hər məqamı örnəkdir

AMEA Folklor İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin mühüm bir istiqaməti elmlə, elm adamları ilə bağlı olub. Heydər Əliyevin sovet dönəmində ölkəmizin mədəniyyət, incəsənət, elm xadimlərinə verdiyi dəyərdən, eləcə də xalq mədəniyyətinin inkişafı ilə bağlı sərəncamlarından danışan M.İmanov qeyd edib ki, Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik ənənələri və tarixi keçmişimizlə bağlı olmasını mühüm bir şərt kimi irəli sürüb. “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli fərmanı, ümummilli liderin təşəbbüsü ilə UNESCO səviyyəsində həmin eposa aid tədbirlərin təşkil edilməsi müstəqil Azərbaycanın nəhəng elmi-mədəni tədbirlərindən biri kimi Azərbaycan folklorşünaslığının və ümumən huma-nitariyasının inkişafında mühüm əhəmiyyət daşıyıb.

Sonra institutun Gənc alim və mütəxəssislər şurasının sədri, fil.ü.f.d. Nail Qurbanovun “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Adil Cəmil, Nizami Muradoğlu, Qalib Sayılov və başqaları dahi şəxsiyyətin irsinin Azərbaycan xalqı üçün böyük məktəb olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: