AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri “Düşmənə qarşı informasiya savaşı” şüarı altında seminar təşkil edərək gənc alimləri informasiya müharibəsində fəal iştirak etməyə çağırıblar.
Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Seminarda institutun GAMŞ-ın sədri, r.ü.f.d., dosent Rəşad Məstəliyev “Qarabağ Azərbaycanındır” mövzusu ətrafında çıxış edərək gənc alimlərə Qarabağ həqiqətlərini çatdırıb.
Sədr müavini, i.ü.f.d. Aygün Əliyeva isə gəncləri informasiya savaşında fəal olmağa çağıraraq, daha diqqətli olmalarını və rəsmi informasiyalardan istifadə etmələrini tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.