Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantı beynəlxalq mükafata layiq görülüb

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantı beynəlxalq mükafata layiq görülüb

Bu günlərdə Moskva şəhərində MDB ölkələri Humanitar Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən Elmi və yaradıcı ziyalıların IX Beynəlxalq Forumu keçirilib.

MDB-yə üzv dövlətlərdən təhsil, elm və mədəniyyət xadimlərinin qatıldığı Forumda Azərbaycandan da olan nümayəndə heyəti qatılıb.

Forum çərçivəsində 2008-ci ildə təsis olunmuş və humanitar sahənin gənc mütəxəssislərinə təqdim olunan beynəlxalq “Debütlər birliyi” mükafatının təqdimolunma mərasimi keçirilib.

Bu il sözügedən mükafat “Ekologiya və ətraf mühitin mühafizəsi” sahəsində fəaliyyət göstərən gənc alim və mütəxəssislərə də verilib. Mükafata AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı, biologiya üzrə fəlsəfə doktoru Akif Orucov da layiq görülüb. O, ekologiya sahəsində nailiyyətlərinə bu mükafatla görə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: