AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı saxlanılır.
Açar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülüb, müxtəlif yollarla Azərbaycandan çıxarılıb və 1888-ci ildə Tiflisdə açılmış Qafqaz Hərb Tarixi Muzeyinə verilib. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və şəhər-qalaların açarları da Tarix Muzeyinə təhvil verilib.
Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı, gümüşü saplarla toxunmuş qotazlarla işlənib. Muzeydə qorunan bu açar Şuşa şəhərinin tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.