Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2020 17:17
  • A-
  • A
  • A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda çıxış edən MEK-in direktoru, professor Məmməd Əliyev sentyabrın 27-də Ermənistanın bütün cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq başladılan əks-hücum əməliyyatı nəticəsində düşmənə layiqli cavabın verildiyini, ölkə başçısının uğurlu diplomatiyası və rəşadətli ordumuzun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb. Bildirib ki, bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim mübarizəmiz haqq mübarizəsidir. Qeyd olunub ki, hərbi əməliyyatların başlandığı ilk gündən Azərbaycan vətəndaşları Ali Baş Komandanın ətrafında sıx birləşdi və Prezident-xalq-ordu birliyi qələbəmizin təməlini qoydu.

M.Əliyev Vətən müharibəsində öz yaxınlarını və doğmalarını itirən MEK əməkdaşlarına başsağlığı verib, şəhidliyin ən uca zirvə olduğunu və onların əziz xatirəsinin hər bir vətəndaşımız tərəfindən daim anılacağını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub.

Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: