AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov Avstriyanın Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Təbii sərvətlərlə zəngin ölkələrdə makroiqtisadi tənzimləmə” mövzusunda beynəlxalq virtual təlim kursuna qatılıb.
Avstriyada ənənəvi qaydada keçirilməsi nəzərdə tutulan kurs pandemiya səbəbindən onlayn baş tutub. İki həftəlik kursda makroiqtisadi siyasət məsələləri və təbii sərvətlərlə zəngin ölkələrin qarşılaşdıqları problemlər müzakirə olunub. İştirakçılara iqtisadi artım və diversifikasiyanın makroiqtisadiyyatı, vergi-büdcə siyasətinin idarə edilməsi, makroiqtisadi siyasətin koordinasiyası və təbii sərvətlərlə zəngin ölkələrdə dövlət sektorunun aktivlərinin idarə olunması barədə əhəmiyyətli məlumatlar verilib.
Kurs maraqlı və faydalı müzakirələr şəraitində keçib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.