Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA İnsan Hüquqları İnstitutu ilə Bilik Fondu arasında əməkdaşlığa dair Saziş imzalanıb

AMEA İnsan Hüquqları İnstitutu ilə Bilik Fondu arasında əməkdaşlığa dair Saziş imzalanıb

AMEA İnsan Hüquqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ictimai təhsil, ölkə əhalisinin insan hüquqları sahəsində maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi, müştərək layihələrin icra edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva rəhbərlik etdiyi elmi müəssisənin Bilik Fondu ilə əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda konkret layihələrə başlamağın vacibliyini vurğulayıb.

A.Mustafayeva bildirib ki, Bilik Fondunun elmi müəssisə ilə sıx əlaqələr qurması elmin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkandır.

Bilik Fondunun yaradılmasını ölkə başçısının təhsilə, maarifçiliyə böyük töhfəsi kimi dəyərləndirən qurumun icraçı direktoru Oqtay Səmədov Fondun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Bildirib ki, əsas məqsəd respublika əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Eyni zamanda, əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq üçün təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək, onlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək əsas məqsədlərdəndir.

Sonda tərəflər arasında əməkdaşlığa dair Saziş imzalanıb. Cəmiyyətin müxtəlif təbəqələrinin hüquqi maarifləndirilməsini nəzərdə tutan sənəddə institut və fondun əsas öhdəlikləri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: