AMEA Botanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
İclası giriş sözü ilə açan institutun direktoru, biologiya üzrə elmlər doktoru, professor Validə Əlizadə Prezident cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan gəncliyinin qarşısında yeni imkanların açıldığını qeyd etdi. V.Əlizadə bildirdi ki, gənc alimlər üçün müasir dövrdə dövlət qayğısı daha da artmış, gənclərin müxtəlif elm sahələri üzrə beynəlxalq təcrübəyə yiyələnməsi və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı üçün lazımi şərait yaradılmışdır. Gənc alimlər yalnız elmi müəssisə daxilində deyil, beynəlxalq layihələrin icrası və həyata keçirilməsində, bir çox proqramlar çərçivəsində treninqlərdə uğurla iştirak edib. Sonra V.Əlizadə AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərarı diqqətə çatdırdı.
Tədbirdə institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.
İdarə heyətinin tərkibi 16 nəfərdən ibarət olmaqla şuranın sədri Aidə Dadaşova, müavinləri Ulduzə Qurbanova və Aynurə Cəfərova, katibi Ülkər İbrahimova seçildilər.
İclasda həmçinin yekun qətnamə elan edildi.
İnstitutun Elmi şura üzvləri adından b.e.d, professor, AMEA-nın müxbir üzvüİradə Hüseynova və k.e.d, professor, əməkdar elm xadimi Siracəddin SərkərovGənclər şurasının üzvlərini təbrik edərək, onlara çox məsuliyyətli və şərəfli yolda uğurlar arzuladılar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.