Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.02.2021 14:30
  • A-
  • A
  • A+

MEK-in fondlarına yeni nəşrlər daxil olub

MEK-in fondlarına yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Rusiya, Belarus və Almaniyadan, həmçinin akademiyanın institutlarından bir sıra yeni nəşrlər daxil olub.

Bunlar sırasında Yuriy Viktoroviç Stulovun “100 писателей США”, Yuriy Popovun “Плен”, İ.Danilovun “Катынь”, A.İ.Solovyoyun “Современные Технологии Массмедиа” əsərləri və s. nəşrlər var.

Kitablarla yanaşı, MEK-in fondlarına Rusiya (“Китай”), Almaniya (“ZDGG”) və Belarusun (“Економика Беларуси”, “Доклады Национальной Академии Наук Беларуси”) dünyaca məhşur jurnalları da daxil olub.

Qeyd edək ki, daxil olan nəşrlər MEK-in kitabxana fondunun zənginləşdirilməsinə töhfə verməklə yanaşı, həm də böyük elmi yükə malikdir və müəyyən peşə mütəxəssislərinin gələcək elmi-ədəbi fəaliyyətində baza rolunu oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: