Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

15.02.2021 11:42
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin araşdırması “Netflix”də

Azərbaycanlı alimin araşdırması “Netflix”də

Dünyaca məşhur "Netflix” kino şirkəti AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin İndoneziyaya İslamın azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasını bu günlərdə rejissoru və ssenaristi Monti Tiua, həmssenaristi Alim Sudion olan İndoneziya istehsalı olan "Leyla-Məcnun” filmində istifadə edib.

Film Bakıda və İndoneziyada çəkilib.

Araşdırmanın müəllifi Zaur Əliyev qeyd edib ki, filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmasına aiddir.

"Qeyd edim ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə İslamı öyrənib, sonra İndoneziyaya gedib. Beləliklə, İslam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

"Netflix kimi məşhur şirkət öz filmində mənim araşdırmama istinad etməsi sevindirici andır”, - Zaur Əliyev əlavə edib.

Qeyd edək ki, ilk dəfədir "Netflix” kimi məşhur şirkət öz filmində azərbaycanlı alimə istinad edib.

Qaynarinfo.az

  • Paylaş: