Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2021 15:35
  • A-
  • A
  • A+

NKPİ-nin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

NKPİ-nin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.

Elmi şuranın sədri, institutun direktoru, akademik Vaqif Abbasov iclası açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. O, AMEA Rəyasət Heyətinin bir sıra qərarları barədə Elmi şura üzvlərinə məlumat verib.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib. Müzakirələrdə NKPİ-də 2020/2021-ci illərdə elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul təsdiq olunub.

Sonda NKPİ-də təhsil alan I və II kurs magistrantların attestasiyası keçirilib. İnstitutun Təhsil şöbəsinin müdiri, kimya elmlər doktoru, dosent Lalə Əfəndiyeva attestasiya zamanı magistrantların qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirakı barədə Attestasiya Komissiyasının üzvlərinə məlumat verib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: