Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.03.2021 18:52
  • A-
  • A
  • A+

Şəhid polkovnik Babək Səmidlinin şəxsi əşyaları Tarix Muzeyinə təhvil verilib

Şəhid polkovnik Babək Səmidlinin şəxsi əşyaları Tarix Muzeyinə təhvil verilib

Vətən müharibəsinin şəhidi, polkovnik Babək Səmidlinin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Babək Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən, "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Babək Səmidli Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyin və Murov yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 23 noyabr 2020-ci il tarixində Suqovuşanda minaya düşərək şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Zəfər" ordeni ilə təltif edilib. Həmçinin ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: