Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun əməkdaşı işğaldan azad olunan ərazilərdə tədqiqat işlərinə cəlb edilib
30.04.2021 10:00
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşı işğaldan azad olunan ərazilərdə tədqiqat işlərinə cəlb edilib

AMEA-nın Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Nahidə Musayeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarında mənfur düşmən tərəfindən piyada və tank əleyhinə minalanmış sahələrdə ANAMA əməkdaşları ilə görüşüb.

Məqsəd həmin ərazilərə yeni texnologiyaların tətbiqinin mümkünlüyünü araşdırmaq və bu fəaliyyətlə bilavasitə məşğul olan insanların həyati risklərini maksimum azaltmaq və minalardan təmizlənmə prosesini sürətləndirməkdir.

Görüş çərçivəsində minalanmış ərazilərin tədqiqi, onların ənənəvi standart üsullarla təmizlənməsi prosesi izlənilib. Ağır texnika (Bozena-4, Bozena-5, MV-4) minatəmizləyən maşınların iş prinsipi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: