Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Gəncə şəhərinin baş planının hazırlanmasına dair görüş keçirilib
09.05.2021 14:41
  • A-
  • A
  • A+

Gəncə şəhərinin baş planının hazırlanmasına dair görüş keçirilib

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində böyük şəhərlərin baş planı hazırlanır. Respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin də baş planının hazırlanmasına başlanılıb. Layihə Fransanın “Vasconi Architects” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçirilir.

Bu münasibətlə İşçi qrup AMEA-nın Gəncə Bölməsində şəhərdə görüləcək layihələr haqqında alimlərin fikri ilə tanış olublar.

Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Vasconi Architects” şirkətinin baş direktoru Tomas Şinkonun rəhbərlik etdiyi nümayəndə heyətinə şəhərdə tarixən əlvan metallurgiya, yüngül toxuculuq, xalça-mahud və aqro sənaye sahələrinin inkişaf etdiyini bildirib. Bununla yanaşı, şəhərdə elektronika, maşınqayırma sənayelərinin də təşəkkül tapdığını söyləyib. Akademik dünyanın ən vacib problemlərindən biri olan ekologiyanın qorunmasının günümüzün ən vacib məsələlərindən biri olduğunu qonaqların diqqətinə çatdırıb, şəhəri iki hissəyə bölən Gəncə çayının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, Gəncə çayının bəzi hissələri beton örtük ilə tamamlanıb, lakin burada böyük tikinti işlərinə ehtiyac var. F.Əliyevin sözlərinə görə, çayın su hövzəsinin tamamlanması və cənub hissəsində yeni bir körpünün salınması şəhərin hər iki hissəsinin əlaqələrinin yaranmasına və yol nəqliyyat infrastrukturunun yaxşılaşmasına müsbət təsir göstərəcək.

Görüşün  sonunda  “Vasconi Architects” şirkətinin rəhbəri müzakirələrin əhəmiyyətini qeyd edib, buranın qədim bir şəhər olduğunu, baş plan hazırlanarkən milli-mənəvi dəyərlərin, xüsusilə də Gəncə memarlığının qorunub-saxlanılmasının əsas şərtlərdən biri olacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: