Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2021 15:32
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda UFAZ-ın nümayəndələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda UFAZ-ın nümayəndələri ilə görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Fransa-Azərbaycan Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

UFAZ-ın təşəbbüsü ilə keçirilən görüşdə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, sözügedən müəssisənin  laboratoriya rəhbərləri Müslüm Qurbanov və Teymur Ağayev, UFAZ-ın direktoru Dr. Vazeh Əsgərov, bölmə rəhbəri Dr. Filippe Turek və baş elmi katib Dr. Elizabeta Bydanova iştirak edib.

Görüş zamanı çıxış edən İslam Mustafayev qonaqları salamlayaraq rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə onlara məlumat verib.

Daha sonra elmin müxtəlif sahələri, xüsusilə kimya və neft-qaz mühəndisliyi üzrə əməkdaşlığın edilməsi, Avropa İttifaqının “Horizon-Avropa” Proqramına layihələrin təqdim olunması üçün konsorsiumların yaradılması, elmlə təhsilin inteqrasiyası, kadr mübadiləsi, elmi tədqiqatların texniki təchizatına dəstək verilməsi, mühazirələrin təşkili və digər istiqamətlərdə qarşılıqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: