Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

17.06.2021 17:39
  • A-
  • A
  • A+

“Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres keçiriləcək

“Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres keçiriləcək

Türkiyə  Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və akademik Abdulla Qarayev adına Fiziologiya institutlarının təşkilatçılığı ilə 5-6 iyul 2021-ci il tarixlərində AMEA-da onlayn formada “Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi – https://www.healthforworld.org) keçiriləcək.

Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.

Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 3 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyədə böyük müvəffəqiyyətlə keçirilib.

Konqres haqqında geniş məlumat almaq üçün keçidlərdən (əsas sayt; mövzular; təqvim; yazı qaydaları) istifadə edə bilərsiniz.

Tezislər 25 iyun 2021-ci il tarixinə qədər healthforworld44@gmail.com email ünvanına göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: