Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.06.2021 14:37
  • A-
  • A
  • A+

“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda seminar keçirilib

“Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə. Süni intellekt. Qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda elmi seminar keçirilib.

Seminarı institutun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov açaraq mövzunun aktuallığını, vacibliyini iştirakçıların diqqətinə çatdırıb və qeyd edib ki, fəlsəfə və süni intellekt mövzusunda tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

Mövzu ilə bağlı çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə bildirib ki, rəhbərlik etdiyi müəssisədə süni intellekt və Lütfi Zadənin tədqiqatlarına həsr olunmuş virtual laboratoriya yaradılıb. Alimin sözlərinə görə, laboratoriyanın yaradılmasında məqsəd bu mövzularda elmi seminarların keçirilməsi və kitabların nəşr edilməsidir. Həmçinin bununla bağlı institutun saytında “Elektron almanax” yaradılıb və mövzuya dair elmi məqalələr toplanır.

İlham Məmmədzadə çıxışında süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi refleksiyasının əhəmiyyət kəsb etdiyini vurğulayıb, bununla bağlı konseptual xarakterli 7 tezis irəli sürüb və onların geniş analizini verib. O cümlədən prof. İlham Məmmədzadə filosofların süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri ilə ciddi maraqlandıqlarını qeyd edib. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyini, hansı problemləri aktuallaşdırdığını və nəticədə fəlsəfənin özünün necə dəyişdiyinin həmin kontekstdə əhəmiyyət kəsb etdiyini önə çəkib. “Filosoflar və alimlər bu istiqamətdə düşünməli və araşdırmalar aparmalıdır”, – deyə İlham Məmmədzadə söyləyib.

Sonra mövzu ilə bağlı professorlar Əbülhəsən Abbasov, Əli Abasov, Arif Bünyadzadə və f.e.d. Füzuli Qurbanov məruzələrlə çıxış ediblər.

Yekunda seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: