Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.06.2021 09:52
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni nəşrlər daxil olub.

Daxil olan nəşrlər sırasında Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı İradə Hüseynovanın müəllifi olduğu “Tarix. Zaman. Düşüncələr” dördcildliyi, “История народов Кавказа” fundamental dərsliyi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri” çoxcildliyi də var.

 “Tarix. Zaman. Düşüncələr” dördcildliyinin I cildindəki materiallar 1981–2002-ci illəri, II cildi 2003–2005-ci illəri,  III cildinə daxil edilmiş materiallar 2006–2007-ci illəri, IV cildi 2008–2010-cu illəri əhatə edir. Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektləri, mərhələləri və istiqamətləri vahid sistem halında tədqiq olunub. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya, düşünülmüş siyasi kurs, mədəni quruculuq və digər məsələlər barədə geniş təhlillər aparılıb.

Qafqazşünaslıq elminin inkişafına böyük töhfə olan “История народов Кавказа” dərslik-monoqrafiyası isə 1248 səhifə həcmində olmaqla Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli-mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirir.

Xalq yazıçısı Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri” adlı çoxcidliyində yazıçının yaradıcılığı boyunca tarixi mövzularla bağlı olan, Azərbaycan xalqının uzaq və yaxın keçmişinin bir çox səhifələrini bədiiləşdirən “Vətənə qayıt”, “Sabir”, “Eldən-elə”, “Xəzərin göz yaşları”, “Natəvan haqqında hekayələr”, “Anamın nağılları”, “Aləmdə səsim var mənim”, “Bakı-1501” və s. romanları, povestləri, hekayələri öz əksini tapıb.

Sözügedən nəşrlər MEK tərəfindən e-kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: