Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2021 17:23
  • A-
  • A
  • A+

YT Parkın əməkdaşı “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib

YT Parkın əməkdaşı “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qubadlının işğaldan azad olunması zamanı vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçularımız sırasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Ərazi idarəetmə şöbəsinin əməkdaşı Razi Nuriyev də var.

Qeyd edək ki, ölkə Prezidentinin 24 iyun tarixli digər Sərəncamı ilə YT Parkın baş mühəndisi Rahim Heydərovun Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən fədakarcasına şəhidlik zirvəsinə ucalmış oğlu, Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərov isə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: