Nəsimi rayonu İcra Hakimiyyəti və AMEA-nın Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri ilə görüş keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş film nümayiş olunub. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, qurumun əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, media nümayəndələri və başqaları iştirak ediblər.
Görüş çərçivəsində AMEA Azad Həmkarlar ittifaqı tərəfindən Nəsimi rayonu ərazisində yaşayan 20-yə yaxın şəhid ailəsinə ərzaq yardımı təqdim olunub.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.