Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2021 17:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının hibrid rejimdə növbəti iclası keçirilib.

Xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilən tədbiri institutun direktoru, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. F.Qədirov AMEA Rəyasət Heyətinin Neft və Qaz İnstitutunun yeni strukturu haqqında qərarı ilə şura üzvlərini tanış edib.

İclasda müəssisənin şöbələrinin 2021-ci ilin I yarısında elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Q.Əfəndiyev, Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Q.Calalov, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin hesabatını t.e.d. M.Rəsulov, Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin hesabatını t.ü.f.d. B.Kazımov təqdim ediblər.

Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, elmi tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapıb.

Sonda hesabatlar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: