Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.07.2021 15:00
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun şöbələri hesabat verib

Neft və Qaz İnstitutunun şöbələri hesabat verib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda müəssisənin elmi işlər üzrə direktor müavini, elmi katibi, şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilən tədbiri akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda daha sonra müəssisənin şöbələrinin 2021-ci ilin I yarısında elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin hesabatını prof. V.Qurbanov, Neft-qaz geofizikası şöbəsinin hesabatını g.-m.e.d. N.Yusubov, Neftli-qazlı hövzələrin analizi şöbəsinin hesabatını y.e.f.d. Ş.Hüseynova və Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin hesabatını F.Kərimov təqdim ediblər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapıb.

Tədbirdə hesabatlar ətrafında müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: