Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

12.07.2021 16:03
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Belarusun Respublika Fundamental Tədqiqatlar Fondu ilə birgə beynəlxalq qrant layihəsi çərçivəsində həmmüəllifi olduğu “Photoluminescence study of Pr3+ doped CaGa2S4 in wide excitation intensity andtemperature range” adlı məqalə impakt faktorlu “Journal of Applied Physics” jurnalında dərc olunub.

Qeyd edək ki, 1931-ci ildə Amerika Fizika İnstitutu tərəfindən təsis edilən “Journal of Applied Physics” jurnalında fizika sahəsində tətbiqi tədqiqatlara dair məqalələr dərc olunur. “Web of Science” bazasında yer alan jurnalın təsir əmsalı (impakt faktor) 2.6-dır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: