AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş üçün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ələkbər İsgəndər oğlu Ələsgərovun şəxsi əşyalarını muzeyə təqdim etmiş ailə üzvləri ilə görüş keçirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Ə.Ələsgərovun yaxınları ilə görüşən muzeyin əməkdaşı, t.ü.f.d., dos. Afət Rüstəmbəyova onlara başsağlığı verib, səbir diləyib.
Sonda sərginin hazırlanması məqsədilə zəruri materialların toplanılması üçün göstərdiyi köməyə görə Ə.Ələsgərovun anasına təşəkkürnamə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.